"Napoli"nin yarımmüdafiəçisi Fabian Ruis daha bir klubun maraq dairəsinə düşüb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu "Barselona"dan sonra "Real"ın da diqqət mərkəzindədi.

Ancaq "kral klubu"nun işi heç də asan görünmür. Çünki Hames Rodrigesin mümkün transferi zamanı ispanlar Neapol klubuna çətinlik yaratmışdı. Digər tərəfdən "Real"ın baş məşqçisi Zinəddin Zidan da bu transferə müsbət cavab verməyib. O, həmyerlisi Pol Poqbanın alınmasını istəyir. Ancaq klub prezidenti Florentino Peres ya ispaniyalının, ya da "Tottenhem"li Kristian Eriksenin keçidində maraqlıdı.

Qeyd edək ki, "Real"ın istədiyi digər yarımmüdafiəçi "Ayaks"lı Donni van de Bekdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest