İtaliya yığmasının baş məşqçisi Roberto Mançini postunda saxlanılıb. Matc.az-ın yerli mətbuata istinadən məlumatına görə, təcrübəli mütəxəssisin müqaviləsi avtomatik olaraq yenilənib.

Məsələ burasındadı ki, ötən il tərəflər arasında anlaşma əldə edilərkən müqaviləyə salınmış maddəyə əsasən, baş məşqçi komandanı Avropa çempionatının final mərhələsinə daşıyacağı təqdirdə, sözləşməsi artırılacaqdı. 54 yaşlı mütəxəssis vəzifəsinin öhdəsindən gəldiyindən, onun müqavilə müddəti 2022-ci ilə qədər uzadılıb.

Qeyd edək ki, İtaliya yığması yer aldığı qrupda keçirdiyi 7 oyunun hamısında qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest