"Superliqada oynayan futbolçular FİFA və UEFA bayrağı altında keçirilən yarışlara - dünya və Avropa çempionatlarına buraxılmasına imkan verməyəcəyik. Ya bizimləsiz, ya da gedin"

Avropanın nəhəng futbol klublarının qapalı Superliqa yaratmaq istəyi ciddi əks-səda doğurmaqdadı. Matç.az saytı xəbər verir ki, mümkün yarışın keçirilməsindən ən çox narahat olanlar böyük futbol qurumlarıdı.

Artıq dünya futboluna rəhbərlik edən FİFA-dan da reaksiya gəlib. Qurumun prezidenti Canni İnfantino "inqilabçılar"a barmaq silkələyib.

O, bu yarışa qatılan klubları, futbolçuları, hər kəsi hədələyib: "Superliqada oynayan futbolçular FİFA və UEFA bayrağı altında keçirilən yarışlara – dünya və Avropa çempionatlarına buraxılmasına imkan verməyəcəyik. Ya bizimləsiz, ya da gedin".

Qeyd edək ki, Avropanın aparıcı klubları milli çempionatlar və avrokuboklarda mübarizədən imtina edib, vahid liqada birləşmək arzusunu gerçəkləşdirməyə çalışır. Bu 16 komandanın yer aldığı siyahıda "Barselona", "Real" və "Mançester Yunayted" kimi nəhənglər də var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest