Futbol üzrə Rusiya çempionatının 1-ci divizionunda 17-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının sabiq futbolçusu Kamran Əliyevin formasını geyindiyi "Ximki" də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda Saransk "Mordoviya"sı ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 4:0.
 
Kamran da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 79-cu dəqiqədə əvəzlənib. 
 
Komandasının iki qolunu da Əliyev vurub. 6-cı dəqiqədə hesabı açan futbolçumuz 47-də dublunu rəsmiləşdirib. Bununla da azərbaycanlı forvard cari mövsümdə vurduğu qolların sayını 7-yə çatdırıb.
 
"Ximki" 17 turdan sonra 37 xalla 20 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest