"Təxminən 250-300 nəfər azarkeş gözləyirik, ola bilər daha artıq olsun. Hətta biz uzaq olan regionlara da nəqliyyat vasitəsi ayırmışıq ki, insanlar rahat şəkildə gəlib oyunu izləyə bilsinlər"

"ümid edirik ki, "Qarabağ" sabahkı oyunda qələbə qazanacaq" – səfir

"Qarabağ" Avropa Liqasının IV turunda keçiriləcək "Vorskla" ilə səfər oyunu öncəsi son məşqini gerçəkləşdirib. Matç.az saytı xəbər verir ki, ilk 15 dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olan hazırlıq prosesində Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev və Poltava şəhərindəki fəxri konsul Elşən Vəliyev də iştirak edib.

Onlar komandanın məşqini izləyib. "Qarabağ" rəhbərliyi qonaqlara arxalarında adları yazılmış forma hədiyyə edib.

Xudiyev sabah baş tutacaq "Vorskla" - "Qarabağ" matçından əvvəl fikirlərini də bölüşüb. Səfir sabahkı oyundan yaxşı nəticə gözlədiklərini bildirib: "Böyük ümidlərlə bura gəlmişik. ümid edirik ki, "Qarabağ" sabahkı oyunda qələbə qazanacaq. Artıq bizim səfirlikdən diaspora təşkilatları üzərindən sosial şəbəkələr vasitəsilə burada yaşayan soydaşlarımızı oyunda "Qarabağ"ı dəstəkləyəməyə, bizə dəstək olmağa çağırmışıq. ümid edirik ki, onlar bizim yanımızda olacaqlar. çünki Qarabağ bizim ən həssas yerimizdir. Hər bir Azərbaycan vətəndaşının və soydaşlarımızın mənəvi borcudur ki, sabah gəlib bizim komandanı dəstəkləsinlər".

Xudiyev sabah stadionda 300 nəfərdən artıq azarkeş olacağına ümid etdiyini söyləyib: "Təxminən 250-300 nəfər azarkeş gözləyirik, ola bilər daha artıq olsun. Hətta biz uzaq olan regionlara da nəqliyyat vasitəsi ayırmışıq ki, insanlar rahat şəkildə gəlib oyunu izləyə bilsinlər. ümid edirik ki, oyun gec saatda olsa da azarkeşlər "Qarabağ"ı dəstəkləməyə gələcəklər".

Azərbaycanın Poltavadakı fəxri konsulu da matç barədə fikirlərini açıqlayıb: "Biz əlimizdən gələni edirik ki, daha çox azarkeşimiz oyuna gəlsin. Poltovada olan soydaşlarımıza xəbər vermişik ki, sabah işləri olsa belə oyunda iştirak etsinlər və "Qarabağ"ı dəstəkləsinlər".

Konsul  oyuna marağın yüksək səviyyədə oldğunu bildirib:"Maraqlananlar və müraciət edənlər çox olur. Oyunun yeri və vaxtı ilı bağlı məlumat alırlar. Oyuna maraq da yaxşı səviyyədədir. Sabah ümid edirik ki, azarkeşlər komandanın yanında olacaqlar".

Qeyd edək ki, noyabrın 8-də Aleksey Butovski adına stadionda keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest