Milli komandaların oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranan fasilədən istifadə edən "Keşlə" də bu gün yoxlama görüşündə qüvvəsini sınayıb. Matc.az xəbər verir ki, Tərlan Əhmədovun rəhbərlik etdiyi kollektiv "Qaradağ Lökbatan"la qarşılaşıb. 
 
I Divizion təmsilçisi ilə görüş Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçirilib. 
 
Oyunda qalib müəyyənləşməyib – 1:1. "Keşlə"nin yeganə qolunu Lorenso Frutos rəqib qapısından keçirib.
 
Yoxlama oyunu
12 oktyabr
 
Keşlə – Qaradağ Lökbatan 1:1

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest