İngiltərənin əfsanəvi futbolçusu Devid Bekhem daha bir işə qol qoyub. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 44 yaşlı sabiq yarımmüdafiəçi menecerlik şirkəti açıb.

ötən ildən fəaliyyətə başlayan "Footwork management"in ilk müştərisi PSJ-nin hücumçusu Kilian Mbappe ola bilər. Bekhem ulduz futbolçunun menecerliyini etmək üçün onunla danışığa başlayıb.

Qeyd edək ki, Devid Bekhem eyni zamanda ABŞ klubu "Mayami"nin sahibidi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest