21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində İsveçrə ilə keçirəcəyi oyunun təyinatları müəyyənləşib. UEFA görüşü Serbiyadan olan hakimlər briqadasına həvalə edib.

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində İsveçrə ilə keçirəcəyi oyunun təyinatları müəyyənləşib. Matc.az saytının məlumatına görə, UEFA görüşü Serbiyadan olan hakimlər briqadasına həvalə edib.

Qarşılaşmanı Novak Simoviç idarə edəcək. Ona Svetozar Jivin və Nikola Coroviç kömək edəcək. Dördüncü hakim funksiyasını Miloş Milanoviç yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 15-də Sumqayıt şəhərindəki "Kapital Bank Arena"da keçiriləcək oyun saat 20:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest