"Zalsburq"un hücumçusu Erlinq Haland tezliklə nəhəng klublardan birinə keçə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, gənc oyunçu artıq iki təklif alıb.

Belə ki, "Real"dan sonra "Mançester Yunayted" də 19 yaşlı forvarda rəsmi təklif göndərib. "Qırmızı şeytanlar"ın baş məşqçisi Ole Qunnar Sulşer qış fasiləsində həmyerlisinin alınması üçün rəhbərliyə müraciət edib.

Qeyd edək ki, Erlinq Haland "Zalsburq"a bu il "Mölde"dən keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest