19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək. Matc.az xəbər verir ki, yığmamız çexiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

çexiyadakı matçı idarə edəcək hakimlər müəyyənləşib. Oyunda ədalət təmsilçisi maltalı Alan Mario Sant olacaq. Ona həmyerlisi Luke Portelli və xorvatiyalı Xrvoye Radiç kömək edəcək. Qarşılaşmada dördüncü hakim funksiyasını Fran Yoviç (Xorvatiya) yerinə yetirəcək.

Qeyd edək ki, çexiya - Azərbaycan oyunu Bakı vaxtı ilə 20:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest