21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasının yer aldığı 2-ci qrupda bu gün daha bir oyun keçirilib. Matc.az xəbər verir ki, İsveçrə yığması öz meydanında Gürcüstanı qəbul edib. üç qolun qeydə alındığı matçda meydan sahibləri çətin qələbəyə seviniblər – 2:1.
 
İsveçrə yığması bu qələbə sayəsində qrup liderliyini ələ keçirib.
 
Aç-nin seçmə mərhələsi
2-ci qrup
11 oktyabr
 
İsveçrə - Gürcüstan 2:1
 
Bu oyundan sonra 2-ci qrupda turnir cədvəlindəki vəziyyət belədi:
 
İsveçrə – 6, Gürcüstan – 6, Fransa – 3, Slovakiya – 3, Lixtenşteyn – 3,  Azərbaycan – 3.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest