"Neftçi"nin əvəzedici komandası yoxlama oyunu keçirib. Matc.az xəbər verir ki, "ağ-qaralar"ın əvəzediciləri "Keşlə-2" ilə üz-üzə gəlib.
 
"Neftçi"nin təlim-məşq bazasında baş tutan qarşılaşma meydan sahiblərinin qələbəsiylə başa çatıb – 4:1.
 
Hüseyn Hüseynzadə bu görüşdə dubla imza atıb. "Ağ-qaralar"ın digər qollarını Asim Əlizadə və Əlibəy Məmmmədli vurublar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest