"Sampdoriya"nın yeni baş məşqçisi müəyyənləşib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, A seriyası təmsilçisini Klaudio Ranyeri çalışdıracaq.

Eusebio Di Françeskonun istefasından sonra Rudi Qarsiya ilə ortaq məxrəcə gələ bilməyən genuyalıların Ranyeri ilə görüşü müsbət nəticələnib. 68 yaşlı mütəxəssisin artıq bu gün baş məşqçi postunda təsdiqlənməsi gözlənilir.

Qeyd edək ki, Ranyeri son klubu "Roma"nı bu ilin martında tərk edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest