Buna futbolçunun cəzalı duruma düşməsi səbəb olub. O, Xorvatiya ilə (0:3) səfərdə keçirilən qarşılaşmanın 56-cı dəqiqəsində ikinci sarı vərəqə ilə meydandan qovulub. Bu üzdən Klaynhaysler növbəti oyunu buraxmaq məcburiyyətində qalacaq.

Oktyabrın 13-də Aç-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi ilə qarşılaşacaq Macarıstan yığması itki ilə üzləşib. Matc.az xəbər verir ki, rəqib komanda Laslo Klaynhayslerin xidmətindən məhrum olub.
 
Buna futbolçunun cəzalı duruma düşməsi səbəb olub. O, Xorvatiya ilə (0:3) səfərdə keçirilən qarşılaşmanın 56-cı dəqiqəsində ikinci sarı vərəqə ilə meydandan qovulub. Bu üzdən Klaynhaysler növbəti oyunu buraxmaq məcburiyyətində qalacaq.
 
Qeyd edək ki, Macarıstan yığması Xorvatiyaya 0:3 hesabıyla uduzub. Sözügedən kollektiv yığmamızla iki gün sonra Budapeştdə üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest