Türkiyənin "Beşiktaş" klubunda prezident postuna bütün namizədlər müəyyənləşib. Matc.az xəbər verir ki, oktyabrın 20-də keçiriləcək prezident seçkilərində 4 namizəd mübarizə aparacaq.
 
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. "Beşiktaş"ın prezidenti postu uğrunda Serdal Adalı, Hürser Tekinoktay, Ahmet Nur çebi və İsmail ünal mübarizə aparacaq.
 
Xatırladaq ki, bir müddət əvvəl "Beşiktaş"ın prezidenti Fikrət Orman istefa verəcəyini açıqlayıb. Bu üzdən də İstanbul təmsilçisində növbədənkənar prezident seçkisi təyin olunub. Seçki oktyabrın 20-də baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest