"Qələbə qazanmağımız çox vacib idi". Matc.az xəbər verir ki, bu sözlər yığmamızın baş məşqçisi Nikola Yurçeviçə məxsusdu.

Azərbaycan millisi bu gün səfərdə Bəhreynlə yoldaşlıq görüşündə qüvvəsini sınayıb. Rəqibini 3:2 hesabı ilə məğlub edən komandamızın çalışdırıcısı oyundan sonra qələbə ilə bağlı fikirlərini açıqlayıb:

"Tək mənim üçün yox, ümumilikdə, komandanın əhval-ruhiyyəsinin yaxşı olması üçün bu qələbə önəmlidi. Bəhreyn millisi son bir neçə oyununda 1 qoldan artıq top buraxmamışdı, amma biz bu gün rəqibin qapısından 3 qol keçirə bildik. Çox çətin hava şəraitində oynadıq. Temperatur çox yüksək idi. Bu baxımdan futbolçuların hansı fədakarlıq etdiyinin fərqindəyik. Bu göstərir ki, komandada həm əzmkarlıq, həm də keyfiyyət var".

Yığmamız 4 gün sonra Avropa çempionatının seçmə qrup mərhələsində Macarıstanın qonağı olacaq. Yurçeviçin bildirib ki,  futbolçular həmin qarşılaşmaya qədər yaxşı bərpa prosesi keçməlidi: "Təbii ki, həmin oyun bu qarşılaşmadan fərqlənəcək. Həm daha yaxşı hava şəraitində oynayacağıq, həm qarşılaşmanın statusu fərqlidi, həm də digər - sırf futbol nüansları baxımından çox fərqli görüş olacaq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest