21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasının yer aldığı 2-ci qrupda bu gün daha bir oyun keçirilib. Matc.az xəbər verir ki, Lixtenşteyn yığması öz meydanında Slovakiyanı qəbul edib. Altı qolun qeydə alındığı matç qonaqların qələbəsi ilə yekunlaşıb - 4:2.
 
İlk qələbəsini qazanan Slovakiya yığması turnir cədvəlində millimizi qabaqlayıb.
 
AÇ-nin seçmə mərhələsi
2-ci qrup
9 oktyabr
 
Lixtenşteyn - Slovakiya 2:4
 
Bu oyundan sonra 2-ci qrupda turnir cədvəlindəki vəziyyət belədi:
 
Gürcüstan – 6, İsveçrə – 3, Slovakiya – 3, Azərbaycan – 3, Lixtenşteyn – 3 Fransa – 0.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest