Azərbaycan milli komandası bu gün yoxlama oyunu keçirir. Matc.az xəbər verir ki, yığma Bəhreyndə bu ölkənin millisi ilə yoldaşlıq görüşündə qüvvəsini sınayır. Nikola Yurçeviçin komandası oyuna yeni kapitanla başlayıb. Əsas kapitan Maksim Medvedevin yoxluğunda sarğı ilə matça Bədavi Hüseynov daşıyıb.

“Qarabağ”ın şərəfini qoruyan milliləşən rusiyalı futbolçu Azərbaycan millisinin tarixinə düşüb. O, yığmanın 27 illik tarixində ilk legioner kapitan olub. Bunadək onlarla əcnəbi milliləşdirilsə də, heç biri matça sarğı ilə başlamayıb.

Hüseynov yığmanı meydana kapitan kimi çıxaran 27-ci futbolçudu. Onadək 26 oyunçu qarşılaşmaya sarğı ilə başlayıb. Mütləq rekordçu Rəşad Sadıqovdu – 78 oyun. apa.az

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest