"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edərək Belarusa səfərə yollanıb. Matc.az xəbər verir ki, o, BATE (Borisov) komandasının məşqini izləyib. 

Qeyd edək ki, BATE komandasının baş məşqçisi Aleksey Baqa və Aftandil Hacıyev UEFA Pro lisenziya kursunda birgə təhsil alıb. Hacıyev Borisovdakı görüş zamanı həmkarına "Səbail"in formasını hədiyyə edib.

​

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest