"İnter" ciddi itki ilə üzləşib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, yarımmüdafiəçi Stefano Sensi sıradan çıxıb.

24 yaşlı futbolçu A seriyasının VII turunda "Yuventus"la qarşılaşmada zədələnib. Görüşün ilk hissəsində meydanı tərk edən Sensinin ən azı 3 həftə yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb. Bu isə o deməkdi ki, oyunçu çempionlar Liqasının III turunda Dortmund "Borussiya"sı ilə oyunu buraxacaq.

Qeyd edək ki, "İnter" - "Yuventus" oyunu Turin klubunun 2:1 hesablı qələbəsi ilə nəticələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest