19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində bu gün ilk oyununu keçirəcək. Matc.az xəbər verir ki, Frydek-Mistek şəhərindəki "Stovki" stadionunda keçiriləcək oyunda komandamızın rəqibi Norveç olacaq.

Qarşılaşmanı idarə edəcək hakimlər briqadası da məlumdu. Oyunu xorvatiyalı Fran Yoviç idarə edəcək. Onun köməkçilərindən biri həmyerlisi Xrvoye Radiç, digəri isə çexiyalı Radim Dresler olacaq. Dördüncü hakim funksiyasını Yan Petrik (çexiya) yerinə yetirəcək.

Qeyd edək ki, Azərbaycan - Norveç görüşü Bakı vaxtı ilə 17:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest