Silvinyo ilə yollarını ayıran "Lion" baş məşqçi axtarışlarını davam etdirir. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Fransa klubunun bu posta 3 namizədi var.

Bunlar Loran Blan, Arsen Venger və Tiaqo Mottadı. Rəhbərliyin ilk hədəfi Blandı. Təcrübəli mütəxəssislə danışıqlar müsbət nəticələnməsə, o zaman digər variantlara keçiləcək.

Qeyd edək ki, "Lion" Liqa1-də 9 turda 9 xal toplayıb və 14-cü pillədə qərarlaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest