İngiltərə Premyer Liqasının 8-ci turu çərçivəsində "Lester Siti" ilə oyunda (2:1) zədələnən "Liverpul"un futbolçusu Məhəmməd Salahın durumuna aydınlıq gəlib. Matc.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, ayaq biləyindən zədə alan misirli oyunçunun durumu elə də ciddi deyil. 
 
Buna baxmayaraq, Salahın Premyer Liqanın 9-cu turunun "Mançester Yunayted"lə oyununda iştirakı sual altındadı.
 
"Mançester Yunayted" – "Liverpul" matçı oktyabrın 20-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest