Futbol üzrə Ukrayna Premyer Liqasında 10-cu turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindyi "Aleksandriya" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Karpatı" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb – 2:1.
 
Paşayev bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
 
"Aleksandriya" 10 turdan sonra 19 xalla 12 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest