"Qarabağ"ın hücumçusu Maqaye Qeye Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində "Sabah"a qarşı keçirdikləri oyunu şərh edib. O, jurnalistlər üçün keçirdiyi brifinqdə bəzi sualları cavablandırıb

"Qarabağ"ın hücumçusu Maqaye Qeye Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində "Sabah"a qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, jurnalistlər üçün keçirdiyi brifinqdə bəzi sualları cavablandırıb:
 
- Ardıcıl 7-ci qələbəni qazandınız. çempionat darıxıdırıcı deyil?
- Xeyr, deməzdim ki, darıxıdırıcı və bezdiricidi. Rəqiblər "Qarabağ"a qarşı fərqli əhval-ruhiyyədə çıxır. çətinliyi hiss edirik. Qalib gəlsək də, buna asanlıqla nail olmuruq.
 
- "Qarabağ" bu mövsüm asanlıqla çempion olacaq?
- Belə düşünmürük. özünü məcbur etməsən, istəyinə nail ola bilməzsən. Büdrəsək, digər komandalar fürsətdən istifadə edib bizi qabaqlaya bilər.
 
- çempionatda neçə qol vurmağı hədəf qoymusan?
- Xüsusi hədəfim yoxdu. Daha çox komandaya kömək etməyə çalışıram. Qol vururamsa, daha da yaxşı haldı. Hədəfim gördüyüm işlə komandaya kömək etməkdi.
 
- Avropa Liqasında "Düdelanj"la görüşdəki təxribatla bağlı fikirlərinizi bildirərdin...
- Bu, axmaqlıqdı. Nə deyim? Belə şeylər qəbul edilməzdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest