"Monako" çempionlar Liqası tarixində ən ağır ev məğlubiyyətini alıb. Matç.az saytı xəbər verir ki, qrup mərhələsinin IV turunda "Brügge"yə 0:4 hesabı ilə uduzan "Knyazlıq klubu" qitənin ən nüfuzlu klub turnirində öz meydanında heç vaxt belə biabır olmamışdı.

Əvvəl çempionlar kuboku, 1992-ci ildən çempionlar Liqası adlanan yarışda ən acınacaqlı duruma düşən monakolular artıq ilk 24 dəqiqədə 3 qol buraxıb. Belçika təmsilçisi darmadağını görüşün sonuna 5 dəqiqə qalmış vurulan 4-cü qolla yekunlaşdırıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest