Futbol üzrə Litva 1-ci liqasında 27-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Kamran Quliyevin formasını geyindiyi "Jonava" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Vitis"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 2:3.
 
Kamran bu matçın iştirakçısı olmayıb. Cari mövsümdə 10 qol vuran futbolçumuzun adı qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.
 
"Jonava" hazırda 37 xalla 16 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest