"Bir qədər gərginlik var idi. Çünki nəticələrimiz elə də yaxşı deyildi. Baş məşqçimizin tapşırıqlarını yerinə yetirməyə çalışırıq. Onun bütün qərarlarına hörmətlə yanaşırıq. Azarkeşlərə demək istəyirəm ki, onlar bizə lazımdı. Gəlsinlər, dəstəkləsinlər. Biz bir komandayıq. Azarkeşləri komandadan ayırmıram. Vahid komanda qalmalıyıq"

"Neftçi"nin futbolçusu Stiven Monroz Azərbaycan Premyer Liqasının VII turunda "Səbail"ə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra brifinq keçirib. Matc.az xəbər verir ki, fransalı oyunçu öncə oyun haqqında fikirlərini bölüşüb: 
 
- Yaxşı oynadıq. Bu şəkildə davam etməliyik və turnir cədvəlində vəziyyətimizi yaxşılaşdırmalıyıq.
 
- Oyunun gedişində futbolçular arasında anlaşmazlıq olanda bir-birlərinin üstünə bağırırdı. Niyə belə edirdiniz, nə baş verirdi?
- Məncə, gərginlik yox idi. Topa nəzarət etdik, iki qol vurduq və qalib gəldik. Gərginlik və təzyiq hiss etməmişəm.
 
- İlk hissədə Roberto Bordin 8-9 dəfə Dario Frederikonun üstünə qışqırdı ki, cinaha çəkilsin. Darionun oyunu niyə alınmadı?
- Başqa oyunçunun performansından danışa bilmərəm. Darionun oyunu barədə baş məşqçinin fikirlərini alın. Fikrimcə, Dario hamı kimi sona qədər vuruşdu.
 
- Qalib gəlsəniz də, azarkeşlər 90 dəqiqə istefa şüarları səsləndirirdi. Yəqin ki, legionerlər anlamaz bunu. Komanda daxilində bu sizə təsir edir?
- Onların dediklərini başa düşmürəm, bunu düzgün vurğuladınız. Bir qədər gərginlik var idi. çünki nəticələrimiz elə də yaxşı deyildi. Baş məşqçimizin tapşırıqlarını yerinə yetirməyə çalışırıq. Onun bütün qərarlarına hörmətlə yanaşırıq. Azarkeşlərə demək istəyirəm ki, onlar bizə lazımdı. Gəlsinlər, dəstəkləsinlər. Biz bir komandayıq. Azarkeşləri komandadan ayırmıram. Vahid komanda qalmalıyıq.
 
- İlk dövrədən sonra "Qarabağ"dan 8 xal geri qalırsız. Bunu aradan qaldıra biləcəksiz?
- Təbii ki, 8 xal böyük fərqdi. Biz vuruşacağıq. Söz verə bilmərəm ki, "Qarabağ"ın çempion olmasına mane olacağıq. Əlimizdən gələni edəcəyik ki, onlara mane olaq və çempionluq uğrunda mübarizə aparaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest