PSJ Fransa çempionatının 9-cu turunda "Anje"ni qəbul edəcək. Matc.az xəbər verir ki, Paris təmsilçisi sözügedən qarşılaşmaya Kilian Mbappesiz çıxacaq. 
 
Bu barədə PSJ-nin baş məşqçisi Tomas Tuxel Fransa mətbuatına açıqlamasında deyib. O, Mbappenin yenidən zədələndiyini və bu səbəbdən də "Anje" ilə oyunda iştirak etməyəcəyini bildirib.
 
Bu gün keçiriləcək PSJ – "Anje" oyununa saat 19:30-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest