Qəbələ şəhər stadionunda keçirilən matçın taleyi ikinci yarıda həll olunub. Üstünlüyü ələ alan Almaniya təmsilçisi meydanı 3:1 hesablı qələbə ilə tərk edib.

UEFA Gənclər Liqasında növbəti oyunlar keçirilir. Matç.az saytının məlumatına görə, çempionlar yolunun II mərhələsində çıxış edən "Qəbələ" ilk qarşılaşmaya çıxıb.

Azərbaycan çempionu Almaniya "Herta"sı ilə üz-üzə gəlib. Rəqib Almaniya çempionu olsa da, "qırmızı-qaralar" öz meydanındakı matçın ilk 45 dəqiqəsində bərabər mübarizə apara bilib.

Qəbələ şəhər stadionunda keçirilən matçın taleyi ikinci yarıda həll olunub. üstünlüyü ələ alan Almaniya təmsilçisi meydanı 3:1 hesablı qələbə ilə tərk edib.

Qeyd edək ki, komandalar arasında cavab oyunu noyabrın 28-də Belində baş tutacaq. Turu adlayacaq komanda pley-off mərhələsinə yüksələcək.

UEFA Gənclər Liqası

çempionlar yolu
II mərhələ, ilk oyun
7 noyabr
"Qəbələ" – "Herta" (Almaniya) - 1:3

Qollar: Əli Sadıxov , 88 - Muhammed Kiprit, 65, Cesik Nqankam, 71,  Rouen Vertmüller, 85
Qəbələ şəhər stadionu. Hakimlər: Daniyar Saxi, Rustam Matyakubov, Maral Abdikerov (hamısı Qazaxıstan), İnqilab Məmmədov (Azərbaycan)

"Qəbələ": 12. Əmrah Zülfüqarlı, 2. Rüstəm Nuruyev, 3. İzzət Müştaqov, 4. Vüsal Məsimov, 6. Faiq Hacıyev, 7. Əli Sadıxov (k), 8. Abbas Ağazadə, 11. Samir Qurbanov, 15. İdris İnqilablı, 16. Veysəl Rzayev, 17. Rauf Məhərrəmov
Ehtiyat oyunçular: 1. Elməddin Sultanov, 5. Arsen Ağcabəyov, 9. Əli Mürsəlov, 10. Təbriz İsazadə, 13. Nicat Əliyev, 14. Xəyal Muradov, 18. Nicat Oruclu
Baş məşqçi: Emin İmaməliyev

"Herta": 1. Luis Klatte, 9. Cesik Nqankam (k), 10. Miralem Ramiç, 17. Justin Veber, 18. Maksimilian Qurşke, 19. Yulian Albrext, 24. Matias Kastrati, 31. Soni Ziemer, 33. Florian Baak, 35. Florian Krebs, 36. Muhammed Kiprit
Ehtiyat oyunçular: 12. Florian Palmovski, 6. Tarik Gözüşirin, 8. Yonas Mixelbrink, 14. Rouen Vertmüller, 16. Pol Kryuqer, 21. Elias Tamim
Baş məşqçi: Mihael Hartmann

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest