Çarter reysi ilə səfərə çıxan komandamız Ukraynada çox isti qarşılanıb. Belə ki, gözləmə zalında bir qrup yerli jurnalist qonaq komandanı gözləyib.

Avropa Liqasının qrup mərhələsində "Vorskla" ilə qarşılaşacaq "Qarabağ" Ukraynaya çatıb. Matç.az saytının Poltavaya ezam olunmuş əməkdaş xəbər verir ki, noyabrın 8-də keçiriləcək qrup mərhələsinin  IV turunun oyunundan iki gün öncə səfərə yollanan Azərbaycan çempionu az öncə Poltava hava limanına enib.

çarter reysi ilə səfərə çıxan komandamız Ukraynada çox isti qarşılanıb. Belə ki, gözləmə zalında bir qrup yerli jurnalist qonaq komandanı gözləyib.

Hava limanından kənarda isə bölgədə yaşayan azərbaycanlı futbolsevərlər toplaşıb. Azərbaycan bayrağına bürünən fanatlar "Qarabağ"ı çılığınlıqla qarşılamağa qərar verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest