Türkiyənin "Qalatasaray" klubu ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, "sarı-qırımızılar"ın futbolçusu Radamel Falkao sıradan çıxıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
 
çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunun PSJ ilə matçında (0:1) əzələsində ağrılar hiss edən hücumçunun müayinəsinə başlanılıb.
 
Falkao "Qalatasaray"ın Türkiyə Super Liqasının 7-ci turunda "Gənclərbirliyi" ilə qarşılaşacağı oyunun heyətinə daxil edilməyib. Kolumbiyalı oyunçu ilə yanaşı, Mario Lemina və Kristian Luyindama da "Gənclərbirliyi" matçında iştirak etməyəcək.
 
Sabah keçiriləcək "Gənclərbirliyi" – "Qalatasaray" matçına saat 21:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest