La Liqanın VIII turunda "Qranada" ilə qarşılaşacaq "Real" ciddi itkilərlə üzləşib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, komanda tam heyətlə iştirak edə bilməyəcək.

çempionlar Liqasında "Brügge" ilə görüşün fasiləsində səhhətində problem yarandığı üçün əvəzlənən qapıçı Tibo Kurtua qastritdən əziyyət çəkir. Bu üzdən son günlər 3 kiloqrama yaxın arıqlayan belçikalı qolkiper sabahkı matçı buraxacaq. Həmçinin müdafiənin sol cinahında yaranmış problemə görə, mərkəz müdafiəçisi Eder Militaonun bu mövqedə oynaması gözlənilir.

Qeyd edək ki, sabah baş tutacaq "Real" - "Qranada" oyunu Bakı vaxtı ilə 18:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest