"İnter"in hücumçusu Romelu Lukaku zədəsini sağaldıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Belçika millisinin üzvü artıq kollektivə qoşulub.

Zədə ucbatından çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Barselona" ilə səfər matçını (1:2) buraxan forvard komanda ilə birlikdə məşqlərdə iştirak edir. Həkimlər ulduz futbolçunun həftəsonu A seriyasının VII turu çərçivəsində "Yuventus"la görüşdə iştirakının problem yaratmayacağını vurğulayıb.

Qeyd edək ki, "İnter" - "Yuventus" oyunu oktyabrın 6-da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest