Futbol üzrə Eritreya yığma komandasının 5 üzvü turnirə yollandıqları Uqandada yoxa çıxıb. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən ölkənin U-20 millisinin üzvü olan futbolçular Keniya ilə oyun ərəfəsində qeybə çəkiliblər. Onların Jinja şəhərində itdiyi bildirilir.
 
Uqandanın "The Daily Monitor" nəşrinin yazdığına görə, artıq turnirin təşkilatçısı olan Şərqi və Mərkəzi Afrika Futbol Federasiyaları Assosiasiyası (CECAFA) 5 eritreyalı futbolçunun itdiyini rəsmən təsdiqləyib. Uqanda polisi hazırda onların axtarışı ilə məşğuldu.
 
Xarici mətbuatın yazdığına görə, sözügedən oyunçular özləri bilərəkdən yığmanın düşərgəsini tərk ediblər. Onların öz ölkələrindəki yaşayış şəraitindən narazı olduğu və Uqandada, yaxud digər qonşu dövlətlərin birində sığınacaq almağa çalışdığı bildirilir. Hansı ki, əvvəlki illərdə də eritreyalı futbolçular Keniya, Anqola və Tanzaniyadakı turnirlərə yollanarkən oxşar addımlar atmışdılar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest