"Mançester Yunayted"in qapıçısı David De Xea klub sahibi olmağa hazırlaşır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, ispaniyalı qolkiper ölkəsində bir klubun səhmlərini almaq niyyətindədi.

28 yaşlı oyunçu konkret olaraq "Elçe"yə "elçi düşüb". Uşaqlıqdan "Elçe"nin azarkeşi olan De Xea bunun üçün 18 milyon avro xərc çəkməli olacaq. Hazırda aşağı liqada mübarizə aparan "Elçe" sonuncu dəfə 2014-15 mövsümündə La Liqada çıxış edib.

Qeyd edək ki, David De Xea 2011-ci ildən "Mançester Yunayted"in formasını geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest