ABŞ-ın "Austin Bold" klubunun futbolçusu İsaak Promise 31 yaşında vəfat edib. Matc.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
 
Vaxtilə Nigeriya yığmasında da oynamış hücumçunun infarktdan vəfat etdiyi bildirilir.
 
Promise karyerasının böyük hissəsini Türkiyədə keçirib. O, bu ölkənin "Gənclərbirliyi", "Trabzonspor", "Manisaspor", "Antalyaspor", "Balıkəsirspor", "Mersin İdmanyurdu", "Karabükspor" və "Girəsunspor" klublarının formasını geyinib. Səudiyyə Ərəbistanında "Əl-Əhli", Gürcüstanda "Georgia Revolution" klublarının da uğurları üçün çalışmış forvard "Austin Bold"da bu ilin əvvəlindən forma geyinirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest