Azərbaycan U-21 yığmasının futbolçusu Arziman Rizvanov özünə yeni klub tapıb. Matc.az xəbər verir ki, o, bundan sonra karyerasını Ukraynada davam etdirəcək.
 
20 yaşlı dayaq yarümmüdafiəçisi Ukrayna Premyer Liqası təmsilçisi Donetsk "Olimpik"i ilə müqavilə bağlayıb. Amma o, Ukrayna 1-ci divizionunda mübarizə aparan "Avanqard"a icarəyə verilib. Futbolçumuz sözügedən klubun ikinci komandasında oynayacaq.
 
Xatırladaq ki, Rizvanov geridə qalan mövsümü çexiyada keçirib. "Neftçi"nin yetirməsi olan futbolçu bu ölkədə "Banik" və "Bohemians" klublarının gənclərdən ibarət komandalarında çıxış edib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest