"Fənərbaxça"nın futbolçusu Maks Kruze 2019-cu il üçün dünya və Türkiyə feyr-pley mükafatına namizəd göstərilib. Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Superliqanın VI turunun "Qalatasaray" – "Fənərbaxça" (0:0) görüşündən əvvəl Türkiyənin dövlət himnini oxuyan Kruze qonşu ölkənin Milli Olimpiada Komitəsi tərəfindən feyr-pley mükafatına namizəd göstərilib.

Alman futbolçunun Türkiyənin himnini oxuması yerli və xarici mətbuat tərəfindən maraqla qarşılanmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest