"Yuventus"un sabiq baş məşqçisi Fabio Kapello maraqlı açıqlama ilə diqqət çəkib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, təcrübəli mütəxəssis "qoca sinyora"nın onun rəhbərliyi altında olarkən "Barselona"nın lideri Lionel Messi ilə maraqlandığını bildirib.

Kapello onu icarəyə götürməyə çalışdıqlarını vurğulayıb: "Messini ilk dəfə 16 yaşında "Qamper kuboku"nda görmüşdüm. Meydana daxil olandan sonra azarkeşlər inanılmaz dərəcədə həzz aldılar. Raykarda yaxınlaşıb onu icarəyə götürmək istədiyimizi dedim. Həmin vaxt Avropa Birliyi vətəndaşlığı daşımayan 3 oyunçu məsələsində problem yaşayırdılar. Ancaq o mənə bildirdi ki, "Barselona" Messiyə bu vətəndaşlığı vermək üçün bir yol tapacaq".

Qeyd edək ki, Fabio Kapello 2004-2006-c illərdə "Yuventus"u çalışdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest