İngiltərə Futbol Assosiasiyası (İFA) "Liverpul"a 100 min funt-sterlinq pul cəriməsi verib. Matc.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
"Mersisaydlılar"ın cərimələnməsinə səbəb komandanın İngiltərə Liqa kubokunun 1/16 final mərhələsinin "Milton Kins Dons"la matçında turnirdə iştirak etmək hüququ olmayan futbolçunu oynatmasıdı.
"Liverpul" "Milton Kins Dons"u 2:0 hesabı ilə məğlub edərək, növbəti mərhələyə yüksəlib. Mersisayd təmsilçisi 1/8 finalda "Arsenal"la qarşılaşacaq. İFA Liverpul klubunun turnirdən kənarlaşdırılmasına müsbət yanaşmayıb.