"Bavariya" yay fasiləsində "Barselona"dan icarəyə götürdüyü Filipp Koutinyo barədə qərarını verib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Münhen təmsilçisi braziliyalı ulduz futbolçunu birdəfəlik transfer etməyə hazırlaşır.

"Sambaçı"nın mövsümün əvvəlindəki performansından məmnun qalan almanlar "Barselona" ilə anlaşmaya sadiq qalacaq. Belə ki, onlar 120 milyon avroluq təzminatı ödəməyə razılıq verib. La Liqa klubu ilə 2023-cü ilə qədər müqaviləsi olan Koutinyo tezliklə Bundesliqa çempionuna transfer olunacaq.

Qeyd edək ki, Filipp Koutinyo bu mövsüm meydana çıxdığı 7 oyunda 2 qol, 3 assistlə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest