"Qarabağ"ın baş meneceri Asif Əsgərov yenidən Avropa Klublar Assosiasiyasının (ECA) İşçi Qrupunun katibi seçilib. O, "Milan"ın prezidenti İvan Qazidisin rəhbərlik etdiyi qrupda 4 il xidmət göstərəcək

"Qarabağ"ın baş meneceri Asif Əsgərov yenidən Avropa Klublar Assosiasiyasının (ECA) İşçi Qrupunun katibi seçilib. Matc.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, "Milan"ın prezidenti İvan Qazidisin rəhbərlik etdiyi qrupda 4 il xidmət göstərəcək. 
 
Asif Əsgərov bu qrupda "Tottenhem", "Arsenal", "Ayaks", "Zalsburq", "Yuventus", "Barselona" və "Borussiya" (Dortmund) rəsmiləriylə birlikdə yer alıb.
 
Qeyd edək ki, Asif Əsgərov iki il İşçi Qrupunun üzvü olub və bu hal Azərbaycan futbol tarixində ilk və yeganədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest