Futbol üzrə İngiltərə Liqa Kubokunda qrup mərhələsinin ikinci turunun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının üzvü Serhat Taşdemirin formasını geyindiyi "Piterboro Yunayted" də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv bu dəfə doğma meydanda London "Arsenal"ının U-21 komandası ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.
 
Taşdemir də bu görüşün iştirakçısı olub. Millimizin üzvü start heyətdə meydana çıxıb və 78-ci dəqiqədə əvəzlənib.
 
"Piterboro Yunayted"in yer aldığı H qrupunda "Northempton"la "Kembric Yunayted" də qərarlaşıb. Futbolçumuzun komandası ilk turda "Northempton"u səfərdə 2:0 yenmişdi. Sözügedən kollektiv hazırda 6 xalla liderdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest