"çelsi"nin sabiq baş məşqçisi Antonio Konte klubdan böyük məbləğdə təzminat tələb edir. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, italiyalı mütəxəssis londonlulardan 23 milyon avro "qoparmaq" niyyətindədi.

Rəhbərlik onun müqaviləsinə bu yaxınlarda xitam verdiyindən, Kontenin belə bir haqqı var. O, 13 milyonu anlaşmasına vaxtından əvvəl son qoyulmasına, 10 milyonu isə nüfuzuna zərbə vurulduğu üçün istəyib. Lakin klubun vəkilləri 49 yaşlı çalışdırıcını anlaşmanın şərtlərini pozmaqda günahlandırır.

Qeyd edək ki, cari mövsümün əvvəlində Konteni qovan "çelsi" baş məşqçi postuna Mauritsio Sarrini gətirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest