Mövsümlərarası fasilədə "Keşlə" ilə yollarını ayıran Valeri Kutsenko karyerasını ölkəsi Ukraynada davam etdirir. Aşağı liqa təmsilçisi "Avanqard"la anlaşan 33 yaşlı orta sahə oyunçusu bu seçiminin səbəbini açıqlayıb.

Mövsümlərarası fasilədə "Keşlə" ilə yollarını ayıran Valeri Kutsenko karyerasını ölkəsi Ukraynada davam etdirir. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, aşağı liqa təmsilçisi "Avanqard"la anlaşan 33 yaşlı orta sahə oyunçusu bu seçiminin səbəbini açıqlayıb.

O, yeni komandası ilə elitada oynamağı hədəflədiyini söyləyib: "Açığı, "Keşlə"də yaxşı keçən mövsümün ardından Azərbaycanda qala bilməyəcəyimdən narahat idim. Amma indi yalnız bir şeyi istəyirəm: "Avanqard"la Premyer Liqada oynamağı. Moldova və Azərbaycan yüksək liqasındakı çıxışdan sonra aşağı liqada oynamaq qəribə gələ bilər. Ancaq bəzən daha yaxşı "uçuş" üçün geri addım atmaq lazım gəlir".

Qeyd edək ki, Valeri Kutsenko bu ilin ilk 6 ayını "Keşlə"də keçirib. O, 2015-ci ildə də ölkəmizdə yarım mövsüm AZAL-ın formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest