"Adana Dəmirspor"dan ayrılıq ani baş tutdu. Bir gün "halallaşaq" dedilər, biz də razılaşdıq. Qovulmayan məşqçi məşqçi deyil". Matc.az saytının məlumatına görə, bunu türkiyəli məşqçi ümit özat deyib.

Son vaxtlar adı "Sabah"la birgə hallanan mütəxəssis "Radyospor"un suallarını cavablandırıb. özat "Sabah" məsələsinə də aydınlıq gətirib. O, Azərbaycan klubu ilə danışıq apardığını və bu keçidin baş tutma ehtimalının olduğunu təsdiqləyib.

43 yaşlı çalışdırıcı ölkəmizdə işləməkdə maraqlı olduğunu da vurğulayıb: "Azərbaycanın "Sabah" klubu ilə sıx təmasımız oldu. Bizim də bəzi gözləntilərimiz var. Hətta "Sabah"ın oyunlarını da izlədim. Bu işlər Türkiyədə dərhal gerçəkləşir, amma ölkə xaricində bir gün içində olmur. "Sabah" rəhbərliyi ilə ötən həftə danışığımız olmuşdu. Doğru seçim etmək lazımdı. Azərbaycanın da doğru ölkə olduğunu düşünürəm".

ümit özat həmçinin ən böyük arzusunun gələcəkdə "Fənərbaxça"nı çalışdırmaq olduğunu deyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest