çempionlar Liqasının qrup mərhələsinin II turunda "Tottenhem" üzərində səfər qələbəsi qazanan "Bavariya" əvəzində iki futbolçusunu itirib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, müdafiəçilər Jerom Boatenq və David Alaba sıradan çıxıb.

Fasilədə qabırğasında ağrı hiss edən Alaba ikinci hissədə meydana çıxmayıb. Boatenq isə əzələ problemi yaşadığı üçün 72-ci dəqiqədə əvəzlənməli olub. Hər iki futbolçu bu gün Münhendə tibbi müayinədən keçəcək və yalnız bundan sonra onların durumuna aydınlıq gələcək.

Qeyd edək ki, "Tottenhem" - "Bavariya" matçı qonaqların 7:2 hesablı qələbəsi ilə yekunlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest