Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko sevimli klubu "Milan"ın "sükanı arxası"na keçə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, gənc mütəxəssis bunun əleyhinə deyil.

Şeva "rossonyerlər"in hazırkı çalışdırıcısı Marko Campaolonun postundan uzaqlaşdırılacağı təqdirdə, onu əvəz etməyə hazırdı. Ancaq 43 yaşlı mütəxəssisin iki şərti var. Birincisi, yalnız noyabrdan bu vəzifəyə keçməyə razıdı. çünki ona qədər Ukrayna yığmasının AVRO-2020-nin seçmə mərhələ oyunları var. İkincisi, o, bir müddət həm yığmada, həm də "Milan"da işləmək niyyətindədi.

Qeyd edək ki, Andrey Şevçenko 1999-2006-cı illərdə "Milan"ın formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest