İtaliyanın "Latsio" klubu hücumçusu Felipe Kaysedo ilə müqavilənin müddətini uzadıb. Matc.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
31 yaşlı futbolçu müddəti 2022-ci ilin iyun ayında başa çatacaq yeni müqaviləyə imza atıb.
 
Kaysedo 2017-ci ildən "Latsio"da forma geyinir. Ekvador yığmasının üzvü karyerası ərzində "Bazel", "Mançester Siti", "Sportinq", "Malaqa", "Levante", "Lokomotiv" (Moskva), "Əl-Cəzirə" və "Espanyol" klublarında da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest